Zidan mövsümün sonunda "Real"dan ayrılacaq

"Real Madrid"in baş məşqçisi, fransız mütəxəssis Zinəddin Zidan cari mövsümün sonunda vəzifəsini tərk etmək niyyətindədir.

Trend xəbər verir ki, məşqçi qərarı bir neçə ay əvvəl verib və həm mənəvi, həm də fiziki cəhətdən yorğunluqla əsaslandırıb.

Bildirilir ki, Z.Zidan 2016-cı ildən Madrid komandasının baş məşqçisi olub. 2018-ci ilin yayında mütəxəssis bu vəzifəsini tərk edib, lakin qısa fasilədən sonra 2019-cu ildə eyni işinə qayıdıb.

Xatırladaq ki, hazırda "Real" Madrid 78 xalla turnir cədvəlində ikinci yerdədir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu