Boris Conson koronavirula bağlı təcili mətbuat konfransı keçirib

İngiltərə baş naziri Boris Conson  koronavirula bağlı təcili mətbuat konfransı keçirib.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, konfransda baş nazir bildirib ki, baş həkim Prof. Kris Vaiti İngiltərədə yeni hind ştammının yayılması barədə məlumat verib: "COVİD-19"un hind variantı ilə bağlı bəzi vacib məqamlar var. Bunun əvvəlkindən daha çox yoluxucu olduğuna inanırıq, amma nə qədər olduğunu bilmirik. Əgər variant əhəmiyyətli dərəcədə daha yoluxucudursa, məhdudiyyətlərin yüngülləşdirilməsinə gəldikdə, çox güman ki, bəzi çətin seçimlərlə qarşılaşacağıq." 

Bundan əlavə baş nazir koronavirusun Hindistan variantının ölkədəki normallaşma prosesinə mənfi təsir göstərə biləcəyini söyləyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu