190 baş xırdabuynuzlu heyvan itkin düşdü: Dronlar tapdı

Elazığda itkin mal-qara dron vasitəsilə tapılıb.

“Sherg.az” “Milliyet.com”a istinadən bildirir ki, hadisə Elazığın Yurtbaşı bölgəsində yaşanıb. Heyvandarlıqla məşğul olan M.E.K. gecə vaxtı 190 baş xırdabuynuzlu heyvanın itkin düşdüyünü fərq edib. Yerli sakinlərlə heyvanları axtarmağa başlayıblar, lakin tapa bilməyiblər.

Vəziyyəti belə görən M.E.K. jandarmaya xəbər verib. Bölgəyə gələn jandarma əməkdaşları axtarış üçün drondan istifadə edib. Axtarış 9 saat davam edib. Nəhayət, dron vasitəsilə heyvanların 5 kilometr uzaqda qayalıq bir yerdə olduqları  təsbit edilib. Heyvanlar qayalıq ərazidən çıxarılaraq sahibinə təslim edilib. 



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu