Parlament sədri: "Gürcü Arzusu"nu hər kəs tərk edə bilər"

"Bildiyiniz kimi, Gürcü Arzusu'nun 6 üzvü partiyanı tərk etdi, əvvəllər Gürcü Arzusu ilə parlamentə seçilib deyə kimsə onlara komandadan getmələrini qadağan edə bilməz".

24News.ge xəbər verir ki, bu sözləri parlamentin sədri Kaxa Kuçava, "Gürcü Arzusu"ndan çıxaraq Qaxariyanın komandasına qoşulan şəxslərə fikir bildirərkən deyib.

Onun sözlərinə görə, insanların istədikləri partiyanı tərk etmə haqları var:

“Gürcü Arzusu"nun 6 üzvü partiyanı tərk etdi, çünkü onlar özlərini Qaxariyanın komandasının üzvü olaraq gördülər, onların istədikləri vaxt partiyanı tərk etmə haqları var. Onlar əvvəllər Gürcü Arzusu ilə parlamentə seçilib deyə kimsə onlara komandadan getmələrini qadağan edə bilməz. Başqa bir komandanın onun üçün daha məqbul olduğunu düşünən hər kəs bu qərarı sabah, bəlkə də birisi gün verə bilər. Buna görə hər belə bir açıqlama sizin üçün maraqlı bir mövzu olacaq, bu adi bir hadisədir və bu addımın içində xüsusi bir şey axtarmamalıyıq", - deyə K. Kuçava bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu