Katalizatoru olmayan avtomobillər cərimə meydançasına aparılır

Azərbaycanda katalizatoru olmayan avtomobillərə cərimələr tətbiq olunur.

 Xüsusən Bakıda katalizatoru olmayan avtomobillərlə bağlı reydlər keçirilir.

Məlumata əsasən, reyd zamanı katalizatoru olmayan avtomobillər cərimə meydançasına aparılır və 150 AZN  cərimə olunur. Bundan sonra avtomobilin cərimə meydançasından çıxarılmasına bu şərtlə icazə verilir ki, avtomobil sahibi katalizator alaraq orada avtomobilə onu quraşdırsın.

Bakı şəhər baş polis idarəsi isə məsləyə açıqlamasında qeyd edib ki, katalitik təmizləyicinin olmaması ekoloji cəhəddən ciddi problemlər yaratdığı üçün bu kimi tədbirlər həyata keçirlir.

Xatırladaq ki, son dövürlər avropadan gətirilən bir çox Hibrid avtomobillərinin katalizatoru Gürcüstanda çıxarılaraq Azərbaycana katalizatorsuz tranziti həyata keçirlir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu