Keçmiş baş nazir: “Koronavirusun da yaşamaq haqqı var”


Hindistanın Uttarakhand ştatının keçmiş Baş naziri Trivendra Sinqx Ravan bəyan edib ki, koronavirusun yaşamağa haqqı var.

Bu barədə yerli NBT nəşri məlumat yayıb.

“Fəlsəfi cəhətdən yanaşsaq, koronavirus da canlı orqanizmdir və yaşamaq istəyir. Onun da, insanlar kimi yaşamaq haqqı var. Lakin biz özümüzü hamıdan ağıllı sayır və onu məhv etməyə çalışırıq. Məhz bu səbəbdən də virus daim mutasiya edir”, - deyə siyasətçi bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu