ABŞ-da “Avroviziya”nın analoqu təşkil olunacaq


ABŞ-da “Avroviziya” mahnı müsabiqəsinin analoqu keçiriləcək.

Bu barədə “American Song Contest” (Amerika mahnı müsabiqəsi) adlı yarışmanın təşkilat komitəsindən məlumat verilib.

Məlumata görə, ilk belə tədbir 2022-ci ildə keçiriləcək. Yarışmaya 50 ştat, Kolumbiya dairəsi və 5 federal ərazidən nümayəndələr qatılacaq. İştirakçılar orijinal mahnı ifa etməklə tamaşaçıların səslərini qazanmağa çalışacaqlar.

Müsabiqə “Avroviziya” prodüserləri ilə "Propagate” və “Universal Television Alternative Studio” şirkətlərinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətiriləcək.

Yarışmanın yayımı hüququ NBC telekanalına məxsusdur.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu