Dəhşət! Qardaşını qorumaq üçün özünü maşının altına atdı - VİDEO

Ötən gün Bakının Qaradağ rayonunda iki qardaşı maşın vurub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza axşam saat 20 radələrində qeydə alınıb.
Belə ki, iki qardaş piyada xəttinin üstündən dayanacağa keçmək istəyərkən yüksək sürətlə hərəkət edən "Mercedes-Vito” markalı avtomobil onları vurub.
Qardaşlardan biri aldığı xəsarətdən vəfat edib, digəri isə yaralanıb.
Hadisə şahidləri bildiriblər ki, vəfat edən şəxs qardaşını qorumaq üçün özünü qabağa verib.
Faktla bağlı araşdırma aparılır.



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu