Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb

“Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2021-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunub, 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır”.

APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında yer alıb. Qeyd olunub ki, onlardan, 5198-i (69,8%) kişi, 2251-si (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir.

Deputat: “Ölkədə vaksinləmə prosesi çox ləng gedir”
Hövsanda piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb
TƏBİB: Peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı hələ heç bir qərar yoxdur
Məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.

Hazırda, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, COVID-19 pandemiyası ilə əlaqədar, İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə, öz işini UNAİDS-in tövsiyyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədi ilə onlara ARV dərmanların 3 aylıq ehtiyatı verilir. Eyni zamanda ehtiyac olduqda onların koronavirusa görə testə göndərilməsi həyata keçirilir. İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar, onların COVID-19 barədə biliklərinin artırılması məqsədi ilə xüsusi broşur nəşr olunub.

Qeyd edək ki, hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd edilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu