Keçmiş prezidentin müşaviri Rusiya vətəndaşı olmaq istəyir

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri Suzanna Massi Vladimir Putindən onu Rusiya vətəndaşlığına qəbul etməsini istəyib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərəgörə, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı və Ronald Reyqanın müşaviri olmuş Suzanna Massi bu barədə NTV kanalının efirində deyib.

Corc Floydun ölümündə təqsirləndirilən sabiq polis zabiti ciddi rejimli həbsxanaya köçürülüb
Braziliyada metroda silahlı insident nəticəsində 25 nəfər ölüb - VİDEO
ABŞ alimləri: “Dünyada koronavirusdan real ölüm nisbəti iki qat yüksək ola bilər” 
"Əgər prezident Vladimir Vladimiroviç mənə Rusiya vətəndaşlığı verərsə, bu, mənim üçün bir şərəf olacaq",-deyə o bildirib.

Keçmiş müşavir qeyd edib ki, o, illərdiröz fəaliyyətini iki ölkənin xalqlarını bir-birinə yaxınlaşdırmağa həsr edib və bundan sonra da bu işini davam etdirmək üçün Rusiyada yaşamaq istəyir.

"Bilirəm deyəcəklər ki, mən xainəm, mən Amerikaya qarşıbir adamam", - o əlavə edib.

Suzanna Massi 1984-1988-ci illərdə Reyqanın SSRİ ilə əlaqələr üzrə müşaviri olub. Xanım Massi bildirib ki, Reyqanonunla tez-tez təkbətək görüşərək ondan rus mədəniyyəti ilə bağlı məlumatlar soruşub.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu