"SSRİ-dən qalma sərhədlər bərpa olunur" - Ruslar nəzarət edir

Azərbaycan və Ermənistan sərhəddində demilitasiya və demarkasiya prosesi davam edir. Müxtəlif məlumatlara görə, Azərbaycan ordusu Qaragölü nəzarətə götürüb. Əslində isə “işin rəngi” heç də təqdim edildiyi kimi deyil, fərqlidir.

Bu barədə “Sherg.az”a danışan politoloq Sədrəddin Soltanın sözlərinə görə, baş verən proseslərdə xüsusi məqam yoxdur:
“Deyilənlər və yazılanlar cəfəngdir. Bildiyiniz kimi, 90-cı illərdəki işğaldan sonra Azərbaycanın sərhədləri pozulmuşdu. İndi isə SSRİ-dən qalma sərhədlər bərpa olunur.

Sosial mediada yazılanlar erməni mətbuatına aldanmaq deməkdir. Əslində sərhəddə nə irəliləmə var, nə də geriləmə. Dediyim kimi, sadəcə rusların nəzarəti altında sərhədlər müəyyənləşir.

Əgər, AXC dövründəki sərhədlər bərpa olunsa idi, onda hansısa irəliləmədən söhbət gedə bilərdi. İndiki sərhədlər isə dediyim kimi, SSRİ dövründəki xəritəyə uyğundur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu