Rəqqasədən ritorik sual:“Anlamıram, kişi niyə qadına əl qaldırmalıdır?”

Tanınmış rəqqasə, aktrisa Oksana Rəsulova “Baku” Tv-ə müsahibəsində həyatı və sənəti ilə bağlı açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, o həyat yoldaşından danışaraq övladı dünyaya gələndə onun uşağı 3 ay görə bilmədiyini söyləyib:
“ İşləri ilə əlaqədar belə oldu. Lakin 3-cü ayında oğlunu gördü. Daha çox uşağın babası gəlirdi, görürdü.  Elə 6 aylıq olanda ilk dəfə “Baba” sözünü dedi.  İndi məndən  çox atasını istəyir, dost kimidilər. Osman həyat yoldaşımın  ilk və yeganə övladıdır. Bəzi analar boşandıqdan sonra uşağı atası ilə görüşdürmürlər. Heç vaxt başa düşə bilmirdim. Fikirləşirdim ki, qadındır, yəqin xətrinə dəyib, küsdürüb deyə belə edir. Biz ayrılsaq, ömür boyu onları ayırmaram. Ata-oğul arasındakı bağı qıra bilmərəm”.

İlk evliliyindən də söz açan sənətçi o zaman fiziki şiddətə məruz qaldığını deyib:

“Onunla ailəm istədi deyə ayrıldıq. Çox gənc idim, sevdiyimi düşünürdüm.  Onda 18 yaşım vardı və birinci evliliyim çox uğursuz oldu.  Həmin günlərin qayıtmasını istəməzdim. O zamana qədər şiddət görməmişdim. Mənim və valideynlərim üçün qeyri-adi hal idi. Anlamıram, kişi niyə qadına əl qaldırmalıdır? Getsin, başqa kişini vursun. İnsanlar psixologiyanı, quranı yaxşı  bilsələr, qadını əl üstə daşıyarlar. Oğlum gəlinimə əl qaldırsa, ondan küsərəm. Olmaz! Əgər ana oğlunu şiddətə öyrədirsə, deməli öz övladını  sevmir. Bu gün arvadını vuran sabah başqasını döyəcək və həps olunacaq. Ümumiyyətlə, əvvəlki  iki evliliyim haqda danışmaq istəmirəm.  Getdilər və gəlməsinlər. Həyatımda bəzi hadisələr baş verdi. Onlar da olmalı idi ki,  nələrisə dərk etdim və o addımları yenidən atmayım. Üçüncü ailəmi mediaya çox  göstərmirəm. İstəmirik bizdən  danışılsın.  Qalmaqallar, sosial şəbəkələrdəki  rəylər məni bezdirib, rahat yaşamaq istəyirəm. Tanınmış insan olduğum üçün hamıya maraqlıdır. Düşünürlər ki, necə oldu təkrar ailə həyatı qurdu, uşağının atası kimdir və sair. Bizi də başa düşsünlər. İnsanıq, bizim də hisslərimiz var, gecələr ağlaya bilərik. Ürəyimiz daşda-dəmirdən deyil”.

O.Rəsulova gündəmdə qalmağın sirrini bilmədiyini xüsusi vurğulayıb:

“Sadəcə ad günlərinə, restoranlara gedirik, normal həyatımızı yaşayırıq.  Bəlkə, nə vaxtsa hansısa verlişdə həyat yoldaşımla birgə tamaşaçıların qarşısına  çıxarıq”.
Aktrisa rəqs məkəbinin bağlanmasının səbəbindən də bəhs edib:
“Binanı su basdı. Oranı 3 dəfə təmir etdirdim. Sonra  vəziyyət gərginləşdi və həmin yerdən çıxdıq. Ana olmağa hazırlaşanda rəqs edə bilmirdim, ardınca da pandemiya yayıldı”.
Son olaraq Oksana həyat yoldaşı ilə dost kimi olduqlarını bildirib:
 “Onunla bir-birimizi olduğumuz kimi qəbul etmişik. Hətta o mənə sənətimlə bağlı  dəstək olub. Sponsorluq etməyib. Həyat yoldaşım varlı deyil. Heç imkanlı olmasını da istəmirəm. Biz orta səviyyəli  ailəyik.  Pulun çoxunu da, azını da görmüşəm. Hazırkı  vəziyyətimiz  normaldır.  Çox  və ya  az  olanda mübahisə  yaranır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu