Döyüşlər yenidən başlaya bilərmi? – Bu dəfə daha ağır...

Azərbaycan Ermənistanla sərhədlərini müəyyən edir. İşğalçı ölkə isə həmişə olduğu kimi indi də haray-həşir salıb. Ermənilərin tirajladığı məlumatlar təxribat xarakterlidir. Əsk halda KTMT çoxdan işə “əncam çəkmişdi”.

Politoloq Qabil Hüseynli yayılan məlumatlarla bağlı “Sherg.az”a danışdı:

“Delimitiasiya və demarkasiya kartoqrafiya elminin tələblərinə, keçmiş xəritələrə və GPS cihazı vasitəsilə peykdən buraxılan şüalar vasitəsilə həyata keçirilir. Bu prosesdə sadaladıqlarımın hər birindən istifadə olunur. Ermənistan bizim ərazilərimizi mənimsəyib, hətta bəzi yerlərdə torpaqlarımızın 10 kilometr daxilində sərhəd çəkib. Əlbəttə, biz bunları düşmənə bağışlaya bilmərik. Hərçənd indiki Ermənistan da tarixi Azərbaycan torpaqlarıdır. Fikrimcə, danışıqlar davam edəcək. Ermənilər inadkarlıq göstərirlər. Biz onlara bəzi kompromislər edə bilərik, amma bütün məsələlərdə yox. Çünki, necə deyərlər, torpaqdan pay olmaz!”.



 Q.Hüseynli, həmçinin proseslərin gələcək inkişafı barədə proqnozlarını da bölüşdü: 

“Hazırda ən mübahisəli məsələ Qaragöllə bağlıdır. Çünki ora əhəmiyyətli su hövzəsidir, strateji əhəmiyyətli yerdir. 1984-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarı ilə düşmənə verilib.

Bizim hələ həll etməli başqa problemlərimiz də var. Məsələn, Kəlbəcər, Qazağın 7 kəndi, Naxçıvanın Kərki kəndi də Azərbaycana qaytarılmalıdır. Bunun üçün nə xəritəyə ehtiyac var, nə GPS cihazına. Çünki hadisələr yaxın keçmişə aiddir. Biz həmin proseslərin canlı şahidləriyik.

Hərbi əməliyyatların bərpa olunmasını isə istisna edirəm. Döyüşlər başlasa, kölgəni alova bürüyən genişmiqyaslı müharibəyə çevrilə bilər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu