Konteynerlərdə axtarış: 313 milyonluq narkotik tapıldı

Türkiyə Ticarət Nazirliyinin gömrük mühafizə dəstələri tərəfindən külli miqdarda narkotik vasitə ələ keçirilib.

"Oxu.az"ın məlumatına görə, bu barədə Türkiyənin Ticarət naziri Mehmet Muş sosial şəbəkə hesabında bildirib.

“BƏƏ-yə tranzit üçün İskəndərun Limakport limanına gələn 17 konteyner yük “bina daşı” kimi göstərilsə də, 15-16 may tarixlərində Hatay Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsininin personalı tərəfindən axtarış aparılıb.

Axtarış zamanı 11 konteynerin içində 1072,6 kiloqram (6264259 ədəd) “Captagon” tipli narkotik həb ələ keçirilib. Tapılan maddənin dəyəri təxminən 313 milyon türk lirəsidir (təxminən 63 milyon manat)”, - deyə nazir bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu