Azərbaycan Türk Ocağının rəhbərliyi Aydın Qasımlını ziyarət edib - FOTO

Azərbaycan Türk Ocağının sədri  Akif Aşırlı, birliyin aparat rəhbəri Sərxan Carçı Azadlıq Hərəkatının aparıcı simalarından olan filologiya üzrə fəlsəfə doktoru,  türkoloq alim Aydın Qasımlını evində ziyarət edib.
"Sherg.az" "Turkocagi.az"a istinadən xəbər verir ki, A. Aşırlı Azərbaycan Türk Ocağının bərpası və təşkilatın son aylarda  gördüyü işlər barədə Aydın Qasımlıya məlumat  verib. Görüşdə təşkilatın görəcəyi işlər, təşkil edəcəyi tədbirlər barədə söhbət edib, bəzi məsələlər ətrafında müzakirə aparıblar. Aydın Qasımlının qədim və müasir Türk tarixi ilə bağlı elmi araşdırmalarını yüksək dəyərləndirən A. Aşırlı bu əsərlərin geniş şəkildə təbliğinə ehtiyac duyulduğunu bildirib.
Görüşdə türk dünyasının gələcəyi, türk birliyi və türloloji elmdə problemlər barədə də ətraflı müzakirə aparılıb.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu