Hikmət Hacıyevdən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ 

AZTV və “Azərtac”ın jurnalistləri Kəlbəcərdən qoşunlarını çıxararkən ermənilər tərəfində qəsdən basdırılan minanın qurbanı olublar.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində bildirib.
O, beynəlxalq təşkilatları bu insidenti qınamaqda həmrəylik göstərməyə çağırıb.
H.Hacıyev Sirac Abışov və  Məhərrəm İbrahimova Allahdan rəhmət diləyib.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu