Elgizə "Eybəcər" deyən xalq artisti aparıcının Anasından ÜZR İSTƏDİ


Yaxın günlərdə aparıcı Elgiz Əkbər ona bir xalq artistinin "Eybəcər" dediyini söyləyib. O sözügedən sənətçinin bir qəzetə müsahibəsində bunu söylədiyini bildirib. E.Əkbər anası və atasının həmin müsahibəni oxuduqda çox pis olduqlarını xüsusi vurğulayıb. 


"Sherg.az"   xəbər verir ki, xalq artisti "Elgizlə izlə" proqramına telefonla bağlanıb və məsələ haqda bunları söyləyib:
"Elgiz, sənə təşəkkür edirəm ki, bizim aramıza girən bədxahlara rəğmən haqqımda qeyri-etik bir söz demədin. Bu sənin gözəl ailə tərbiyəndən xəbər verir. Yadıma gəlmir ki, sənə təhqiramiz söz deyim. Sənin aparıcılığın, peşəkarlığını bəyənirəm. Məni dəfələrlə verilişlərə dəvət etmisən. Bilirsən ki, oğlum dünyasını dəyişəndən sonra şou proqramlara getmirəm. Amma həmin sözləri yenidən yayıb böyütmək istəyirlər. Bu ya sənə, ya mənə qarşı təxribatdır. Onlar araya girirlər, çox qansız insan olurlar. Yetmiş beş yaşındayam, kino-teatr aləmində məni mehriban insan kimi tanıyırlar. Mən fürsətdən istifadə edib sənin anandan üzr istəyirəm. Atana Allah rəhmət eləsin. Səndən üzr istəmirəm, çünki yaşca səndən böyüyəm. Biz onların acığına barışaq, özümüz bu söhbətə nöqtə qoyaq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu