"Atamızın sayəsində həmişə sənətkarların içində olmuşuq”

Xalq artisti Firuz Əliyevin özü kimi musiqiçi oğulları Əli və Abbas “Bazar düzü” proqramında qonaq olublar.
 “Sherg.az” xəbər verir ki, onlar sənət fəaliyyətləri haqda danışıblar. Tar ifaçısı olan Əli estrada müğənniləri ilə toylara getmədiklərini söyləyib:
“Yalnız muğam ifaçıları ilə məclislərə qatılmışıq.
O zamanda sifariş ifaçıya deyil, bizə görə gəlirdi. Bəlkə də bir az atamla bağlı bizi dəvət ediblər”.
Abbas isə qardaşı ilə razılaşmayaraq belə deyib:
“Firuz müəllimin adı daim üstümüzdədir. Lakin həmişə deyirlər ki, “Atalarına görə dəvət olunurlar”. Atamıza görə də bir dəfə çağırarlar da, ikinci dəfə yox. Özümüzə görə də dəvət ediblər. Atamızın sayəsində həmişə yaxşı musiqiçilərin, sənətkarların içində olmuşuq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu