Nazirlər danışdı –“Zəngəzur dəhlizinin açılmasına hazırlıq...” – Pərdəarxası

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.
Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



Məlum danışığı “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, rəsmi məlumatlar olmasa da, Çavuşoğlunun növbəti dəfə Azərbaycana səfəri barədə söz-söhbətlər var:

“Belə bir səfər baş tutmasa belə, nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı müzakirə ediləcək məsələlərin öncədən müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparıblar. Ərdoğanın səfəri dövründə regionda nələrinsə dəyişməsi gözlənilir. Xüsusən hərbi sahədə dəyişikliklər nəzərdə tutulur.

Fikrimcə, Türkiyə Qarabağdakı sülhməramlı kontingentin tərkibində say hesabı məsələsini gündəmə gətirə bilər. Çünki 10 noyabr razılaşmasından sonra Türkiyədə belə bir təklif var idi ki, türk hərbçiləri də ruslarla eyni sayda olsun.

İyunun 2-də Ərdoğanın rəhbərliyi ilə təşkil edilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Ağdamdakı Türkiyə-Rusiya hərbi Monitorinq Mərkəzinin fəaliyyəti müzakirə olunmuşdu. Düşünürəm ki, hərbi məsələlərin müzakirəsinə dair gözləntilər var. Nazirlər də telefon danışığı zamanı məhz bu məqamları müzakirə ediblər”.

Analitik vurğulayıb ki, Türkiyə və Azərbaycan üçün vacib olan digər məqam Zəngəzur dəhlizidir:

“Bu məsələ üzərinə işlər gedir. Üçtərəfli bəyanatın 4-cü maddəsinin, yəni  erməni hərbi birləşmələrinin çıxarılması əsasdır. Ərdoğanın səfərindən sonra Azərbaycanın məhz 4-cü maddənin icrası ilə bağlı şərtləri və tələbləri daha da sürətlənəcək. Çavuşoğlu ilə Bayramovun danışığı bu prosesin hazırlığı ilə əlaqədardır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu