Türkiyə hər yerdə ədalətin keşiyindədir

"Fələstin-İsrail arasında qalıcı sülhü təmin etmək mümkün olacaq"


Türkiyə ilə Fələstin arasında "güvənlik və iş birliyi müqaviləsi" imzalanıb. Bu müqavilə ilə Türkiyə Fələstin polisinə Liviyada olduğu kimi təlim verəcək və silah təminatına yardım edəcək. Bu qərar Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb və rəsmi qüvvəyə minib. 

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, bu qərar tarixi qərardır:

"Hesab etmək olar ki, Fələstin və İsrail xalqlarının bundan sonra sülh içərisində yaşamasını təmin edəcək. Bu, bölgədə kök salmış və öz maraqları naminə fələstin xalqını İsrailə qarşı təzyiq vasitəsi kimi istifadə edən İran fars rejiminin fəaliyyətini məhdudlaşdıracaq. Və zamanla bölgədən çıxarmaqla Fələstin-İsrail arasında qalıcı sülhü təmin edəcəkdir. Türkiyə olan yerdə ədalət vardır və bu fəaliyyət, eyni zamanda, İsrailin təhlükəsizliyinə şərait yaradacaq. Türkiyənin regionda olması İsraillə olan soyuq münasibətlərin yenidən bərpa olunmasını labüd edəcək ki, bu əlaqələrin bərpa olunmasında Azərbaycan da öz müsbət rolunu oynaya bilər". 
A.Qasımov hesab edir ki, yaxın gələcəkdə bir əsrə yaxın müddətdə davam edən Fələstin-İsrail münaqişəsi Türkiyənin bu məsələyə daxil olması və Azərbaycanın da köməyi ilə həll ediləcək: "İsrail xalqı və dövləti fəaliyyətə başlayacaq yeni hakimiyyətlə birlikdə Türkiyənin bu fəaliyyətini doğru qiymətləndirib, öz dostluq əlini yenidən türk dostlarına uzatmalıdır deyə düşünürəm".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu