Baydenlə Ərdoğan nələri müzakirə edəcək? - AÇIQLANDI

ABŞ prezidenti Co Baydenin sözçüsü Cen Psaki dövlət başçısının Böyük Britaniyaya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir. Bildirilir ki, Psaki, həmçinin Baydenlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın iyunun 14-nə planlaşdırılmış görüşü barədə danışıb. O, deyib: “Bu, dövlət başçısı Baydenin ilk xarici səfəridir. Beynəlxalq ictimaiyyətə təsir edən bir çox məsələlər, o cümlədən COVİD-19 pandemiyası və qlobal iqtisadiyyat müzakirə olunacaq”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu