Ramiz Əzizbəyli ilə vida mərasimi başa çatıb - YENİLƏNİB

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi başa çatıb.
"Report" xəbər verir ki, mərasimdə Xalq artisinin ailə üzvləri, yaxınları və sənət dostları iştirak edib.
Mərhum Bakının "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

12:25
Ötən gün vəfat edən Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi başlayıb.

"Report" xəbər verir ki, mərhumun nəşi xəstəxanadan götürülərək evinə gətirilib.

Xalq artistinin yaşadığı binanın həyətində keçirilən mərasimdə R.Əzizbəylinin ailə üzvləri, yaxınları və sənət dostları iştirak edirlər.

Qeyd edək ki, R.Əzizbəyli uyunun 9-da Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalda dünyasını dəyişib.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu