Elnar ayrılmalarından danışdı:"Oğlumun anasıdır, arxasınca danışmaq..."

Həyat yoldaşı ilə ayrıldıqdan sonra oğlunu uzun  müddətdir görmədiyini deyən müğənni Elnar Xəlilov “Xəbər-ətər” proqramında qonaq olub. O ailə məsələləri haqda sualları cavablandırıb.
“Sherg.az” xəbər verir ki, sənətçi oğlunun yaxşı olduğunu söyləyib:
“Uzaq deyilik... Bir var tamamilə düşünməyəsən, bir də ki mən onu qəlbimə “gömmüşəm”. O daha  yaxındır. İnsanlar toxunmağı sevirlər. Amma görmədən də sevmək olar. Vaxt gələr həll edərik.

Oğlumun anasıdır. Onun arxasınca danışmaq mənə yaraşmaz. Mən də uşağın psixologiyası korlanmasın deyə bir kənarda durdum. Nə edim? Zorlamı gedim? Cəhd edim neyləyim? Uşaq telefon işlədəcək yaşda deyil.

Məcburən əlaqəni kəsmək istədiyim insanla danışmalıyam ki, övladımı görə bilim. Bunu  da istəmirəm. Oğlan övladının qürursuz ataya ehtiyacı yoxdur. Qız başqadır. Onu başlı-başına buraxmaq olmaz.  Bir də ki,  mən oğlumla danışıram”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu