Mənzurə Musayeva: "Heç Manafla oxumaram"

Bir müddət öncə müğənni Mənzurə Musayeva duet ortaqlarının 80 faizinin eşq yaşadığını iddia edib. Bu fikirlə razılaşmayan həmkarı Manaf Ağayev durumun belə olmadığını söyləyib.
“Sherg.az” xəbər verir ki, M.Musayeva “Xəbər-ətər” proqramında mövzu haqda danışıb. O bu sözləri  deyib:
“Heç Manafla oxumaram. Manaf mənim nəyimə  lazımdır? Onunla tanınmamışam ki... Manafla ifa etmək istəsəm, 20 il əvəvl oxuyardım. Manafı çox istəyirəm. Bir dəfə 5 min manata pul lazım idi. Manafdan istədim vermədi.  Bəlkə də başqası istəsə, verərdi. Mənə “yox” dedi.  Duet ortaqlarının 80 faizi eşq yaşayır. Hamımız bilirik.  Bir mahnı oxuyub sağollaşnlar yox. Toya ayrı-ayrı getməyənləri nəzərdə tuturam”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu