Sloveniyada uğur...

Hədəf liseyi beynəlxalq əlaqələrini genişləndirir

Sloveniya Respublikasının paytaxti Lyublyanada keçirilən, UNESCO tərəfindən dəstəklənən Beynəlxalq Fəlsəfə Olimpiadası eIPO 2021 başa çatıb. Sloveniya Prezidenti Cənab Borut Pahorun təbrik nitqi ilə açılan və  onlayn formatda dörd gün davam edən, bu mötəbər tədbirdə 56 ölkədən 112 məktəbli arasında paytaxtımızdakı Hədəf liseyinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Nərgiz Mahmudzadənin müşaiyəti ilə təhsil ocağının 11-ci sinif şagirdi Gülsüm Nuriyevanın timsalında  Azərbaycan ilk dəfə iştirak edirdi.

Yekunda braziliyalı Luiz Felipe və Sloveniyadan Andrej Jovicevic birinci yeri bölüşərək qızıl medala, Almaniya, Avstriya, Yaponiya və Cənubi Koreya məktəbliləri gümüş medala, Türkiyə, Macarıstan, Ukrayna, Latviya və Kosta-Rikalı şagirdlər isə bürünc medala layiq görüldülər.

Olimpiada işini müsabiqə zamanı təqdim olunan dörd fəlsəfi mövzudan birini seçməklə yarış iştirakçılarının yazdıqları esselərin ekspertlər tərəfindən qiymətləndirilməsi ilə yekunlaşdı.

eİOL 2021 Beynəlxalq Olimpiadasında iştirak Hədəf liseyi üçün  mütərəqqi təcrübəyə yiyələnmək baxımından çox səmərəli oldu. Gələn il lisey Azərbaycanda məktəblilər arasında ilk milli fəlsəfə olimpiadası keçirməyi hədəfləyir. Bu yarışda birinci və ikinci yeri qazananlar eİOL 2022-də iştirak hüququ qazanacaqlar.

Eldar İsmayılov,
Azərbaycan Respublikasının Əməkdar Jurnalisti,
AİPS üzvü
 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu