Yol göstərildi:“Azərbaycan bir il ərzində ərazilərini minadan təmizləyə bilər”

“Azad olunmuş ərazilərlə bağlı tender elan edilsin, dünyada çoxlu sayda şirkət mövcuddur  ki, bu sahədə ixtisaslaşıblar”

“Müvafiq texnika və mütəxəsisslər var. Onlar Azərbaycana gəlib, qısa müddət ərzində Qarabağı minalardan tamamilə təmizləyərlər”


Tarixi qələbədən sonra azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirmək əsas perspektivlərdən biridir. Bunun üçün ilk olaraq həmin yerləri minalardan, partlamamış hərbi sursatlardan təmizlənmək lazımdır. Təəssüflə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın qazandığı tarixi zəfəri həzm edə bilməyən Ermənistan mənfur və məkrli siyasətindən əl çəkmir.


Torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yeri, hətta, hərbi təyinatı olmayan əraziləri də minalayan işğalçı ölkə minalı sahələrin xəritələrini verməməkdə israrlıdır. Rusiya böglədə sülhməramlı missiyasını yerinə yetirdiyi üçün bu işlə ciddi məşğul olmalıdır. Ancaq ortada hansısa bir fəaliyyətdən söz gedə bilməz.

Politoloq Zərdüşt Əlizadənin “Sherg.az”a açıqlamasına görə, Qarabağın digər ərazisinə, Azərbaycan-Ermənistan sərhədlərinə rusların nəzarəti yoxdur:

“Ruslar üçtərəfli bəyanata görə, müəyyən ərazilərdə yaşayan erməni əhalisinin təhlükəsizliyinə təminat vermək üçün gəliblər. Digər ərazilər-Şuşa, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın rusların nəzarətində deyil. Söhbət Qarabağın ərazilərini minalardan təmizləməkdən gedirsə, Azərbaycan kasıb dövlət deyil, ölkəmiz Qərbin neft fondlarına milyardlarla dollar yatırır. Ona görə də Azərbaycan bir il ərzində ərazilərini minadan təmizləyə bilər.  Azad olunmuş ərazilərlə bağlı tender elan edilsin, dünyada çoxlu sayda şirkət mövcuddur  ki, bu sahədə ixtisaslaşıblar. Müvafiq texnika və mütəxəsisslər var. Onlar Azərbaycana gəlib, qısa müddət ərzində Qarabağı minalardan tamamilə təmizləyərlər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu