Proqnoz: “ABŞ-Türkiyə münasibətlərində irəliləyiş...”

Məlum olduğu kimi, ABŞ prezidenti Co Bayden iyunun 14-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla, iki gün sonra Rusiya dövlət başçısı Vladimir Putinlə görüşəcək. Dünya liderlərinin müzakirəsinin planetin siyasi mənzərəsinin dəyişəcəyi gözlənilir. Hər halda çox ciddi məsələlərin masaya çıxarılacağı dəqiqdir.

 Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə dövlət başçılarının görüşlərinin nəticəsi barədə proqnozlarını “Sherg.az”la bölüşdü:

 “Fövqəladə dəyişikliklərin olacağına inanmıram. Sadəcə ikitərəfli münasibətlərdə müəyyən irəliləyişlər ola bilər. Xüsusilə, ABŞ- Türkiyə münasibətlərində müəyyən irəliləyişin olacağını gözləyirəm. Bunun üçün hər cür imkan var. İki dövlət arasında münasibətlərin inkişafı onların hər birinin maraqlarına uyğundur.

Eyni zamanda ABŞ-ın siyasi gündəminin əsas prioriteti Çinlə münasibətlərdir. Vaşinqton Çin-Rus münasibətlərindən, həmçinin Kremlin bəzi bölgələrdə, o cümlədən Ukraynada hərəkətlənməsindən narahatdır və bunun qarşısını almağa çalışır. Fikrimcə, tərəflər arasındakı əsas müzakirə mövzularından biri də nüvə silahı ilə bağlı sazişin bərpası ola bilər”.

A.Mollazadə, həmçinin ABŞ-ın regionla bağlı marağından danışdı: 

“Rəsmi Vaşinqtonun bölgədəki təsirinin artması üçün yeni addımlar atacağına inanmıram. ABŞ-ın əsas məqsədləri enerji layihələrinin həyata keçməsi, humanitar dəyərlərin qorunmasıdır. Məncə, bu, bundan sonra da belə davam edəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu