Azərbaycan-İran sərhəddində yeni körpü: “Daha növbə yaranmayacaq”

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol şəhərsalma naziri Məhəmməd İslami arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq memorandumuna əsasən, Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikilməsi ilə bağlı razılığa gəlib. Layihənin dəyəri 4,7 milyon avro olacaq və onun tikintisi 1 ilə reallaşdırılacaq. Layihənin xərcləri iki tərəf arasında bərabər (50 faiz) bölünəcək. İmzalama prosesindən sonra çıxış edən baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, sözügedən körpünün inşası İranda istehsal olunan məhsulların Azərbaycan Respublikasına və onun vasitəsi ilə Rusiyaya və digər qonşu ölkələrə daşınmasında əhəmiyyətli imkanlar yaradacaq və bölgədə tranzit imkanlarını genişləndirəcək.

Ş.Mustafayev, həmçinin əlavə edib ki, bu cür layihələrin həyata keçirilməsi sərhəd terminallarında yük maşınlarının sıxlıq səviyyəsinin azaldılmasına və iki ölkə arasında malların sürətli hərəkətinə səbəb olacaq.  

 İqtisadçı-alim Nazim Bəydəmirli layihənin əhəmiyyəti barədə “Sherg.az”a danışdı:

 “Əlbəttə, müsbət addımdır. Bu, qonşu ölkə ilə kommunikasiya əlaqələrinin genişlənməsi deməkdir. İkinci bir tərəfdən, daha növbə yaranmayacaq. Sözügedən körpü kommunikasiya əlaqələrinin inkişafına və gediş-gəlişin asanlaşdırılmasına kömək olacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu