Nazir: “Bəzi müəllimlər məktəbə hazırlıqsız gəlir”

“Son həftələrdə təxminən 24 məktəbdə monitorinqlər keçirdik. Bu, öyrənmə prosesini ölçmə ilə bağlı idi. Məqsədimiz o idi ki, biz başa düşək ki, məktəblərdə uşaqlar necə öyrənir”. 

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

“Keyfiyyətsiz sayılan məsələlərlə də rastlaşdıq. Bir çox hallarda təəssüf ki, məktəblərdə müəllimlərin sinfə hazırlıqsız gəlməsinin, dərs prosesində çətinlik çəkməsinin şahidi olduq”, - deyə nazir qeyd edib.

Nazir bildirib ki, monitorinqlər zamanı müşahidə olunan məsələlərlə bağlı addımlar atılacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu