İbadət yerləri ilə bağlı daha bir məhdudiyyət aradan götürüldü - RƏSMİ


“Nazirlər Kabineti yanında operativ qərargahın ibadət evləri üçün nəzərdə tutulan qərarlarında yumşalma olub”.
Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib.
Onun sözlərinə görə, operativ qərargahla məsləhətləşmələr aparılıb və uşaqlarla bağlı 14 yaş məhdudiyyəti aradan götürülüb:
“İnşallah ölkədə koronavirusa yoluxma sayında müsbət dinamika davam etdikcə, digər məhdudiyyətlər də tədricən götürülər”.
Qeyd edək ki, bundan əvvəl ibadət yerlərinə yaşı 14-dən yuxarı olmayan uşaqların gəlməsinə yol verilmirdi.
Xatırladaq ki, bu gündən etibarən dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli qərarına uyğun olaraq, dini ibadət yerlərində eyni vaxtda 50 nəfərdən çox olmamaq şərtilə ibadətlər təşkil edilməlidir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu