Ekspert DİM-in fəaliyyətindən razıdır:“İmtahanda nəzarət...”

Bu gün ali təhsil müəssisələrinə III ixtisas qupu üzrə qəbul imtahanı keçirilib. İmtahan zamanı beş abituriyentdə telefon aşkarlanıb. Onlar müvafiq aktlaşdırılmadan sonra imtahandan kənarlaşdırılıblar. Nə qədər deyilsə də, xəbərdarlıq edilsə də  yeniyetmələr və gənclər qeyri-leqal yollara əl atmaqdan yorulmurlar.

 Təhsil eksperti Nabatəli Qulamoğlunun fikrincə, bu istiqamətdə lazımi tədbirlər görülür. O, fikirlərini “Sherg.az”la bölüşdü: 
“Nə qədər mübarizə aparılsa da, belə hallar həmişə olub və davam edir. Bundan sonra da olacaq. Qarşısını tamamilə almaq mümkün deyil. Və, fikrimcə, o qədər ciddi yanaşmağa ehtiyac yoxdur. Çünki köçürmə halları kütləvi deyil. Eyni zamanda imtahan zamanı müxtəlif vasitələrdən istifadən edən abituriyentlərin dərhal cəzalandırılması digərlərinin də nümunə alması baxımından səciyyəvidir. Sözügedən istiqamətdə DİM-in fəaliyyətindən razıyam”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu