İkinci dünya müharibəsindən qalma nasist sığınacağı... - FOTO

Polşanın Lublin şəhərində İkinci Dünya müharibəsi dövründə nasistlər tərəfindən tikilən taxta yeraltı bunker çıxarılıb. Bunkerin divarlarında güllə izləri olan iki əsgərin skeletləri və müxtəlif formalı geyimlər, nasist və qırmızı ordu silah-sursatı tapılıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, mütəxəssislər sığınacaqda sıx bir qarşıdurma olduğunu söyləyiblər.
Təxminən 80 yaşı olan binada üç yeraltı dəhliz, beton divarlar və taxta kirişlərlə əhatə olunmuş tavanları olan bir pilləkən var. Mütəxəssislərin fikrincə, taxta bunker 1944-cü ildə ölkəyə hücum zamanı almanlar və Sovet Qırmızı Ordusu arasında gedən gərgin bir döyüş yeri ola bilər.

 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu