““Dağlıq Qarabağ” ifadəsi qondarmadır”

“Belə bir ifadəni bolşeviklər bəlli siyasi məqsədlər naminə gündəliyə gətiriblər”

“Vahid bir Qarabağ regionu mövcuddur”


“Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb”.
Bu sözləri Prezident İlham Əliyev bu günlərdə Xocasəndə şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı bildirib:

“Münaqişə həll olunub. Bunu da həll edən tərəf  bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”.

Ölkə başçısının dediklərini “Sherg.az”a dəyərləndirən millət vəkili Musa Qasımlı bildirib ki, cənab Prezidentin söylədikləri mövcud gerçəklikləri əks etdirir:

“44 günlük müharibədə işğalçı Ermənistan darmadağın olundu, Müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi. Bununla da süni surətdə yaradılmış “Dağlıq Qarabağ münaqişəsi” tarixin zibilliyinə atılmış oldu.

“Dağlıq Qarabağ” ifadəsi qondarmadır. Belə bir ifadəni bolşeviklər bəlli siyasi məqsədlər naminə gündəliyə gətiriblər.

Vahid bir Qarabağ regionu mövcuddur. Hansısa qüvvələr Ermənistan və Azərbaycan arasında gərginliyin olmasında maraqlıdırlar. Onlar belə gərginlikdən istifadə edərək regionda mövcudluqlarını saxlamağa və ya regiona müdaxilə etməyə, daxil olmağa çalışırlar. Ermənistanda bəzi qüvvələr də qisasçılıq, revanşizm hisləri ilə yaşayırlar. Ancaq bu fikirlər də əbəsdir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu