“Reket” jurnalistlərə qarşı mübarizə “resepti”... 

“Məmurlar düzgün işləməlidirlər. Belə olsa, reketçilərə yer olmaz”

“Eyni zamanda jurnalistlər arasında həmrəylik olmalı, peşəkarla reketçi eyni masa arxasında oturmamalıdır”


Özünü media nümayəndəsi kimi təqdim edən şəxs səhiyyə işçisini şantaj edib. Belə ki, “Korrupsiyaya son” qəzetinin təsisçisi Hacı İbrahim adlı şəxs Tovuz rayonu Əyyublu kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Akif Əyyubova zəng edərək ona hansısa nişanın təqdim ediləcəyini bildirib. Sonra H.İbrahim səhiyyə işçisinə çəkiliş üçün göndərdiyi adamlara “hörmət” etməli olduğunu deyib.

 Bu, ilk belə hal deyil. Ümumiyyətlərdə, son vaxtlar reket jurnalistikanın kütləviləşdiyinin şahidi oluruq. Bu isə kimsəyə, hətta onların özlərinə də başucalığı gətirmir.

 “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı saxta jurnalistlərə qarşı mübarizə üsulları barədə “Sherg.az”a danışdı:

“Əlbəttə, belə hallar peşəkarların da fəaliyyətinə xələl gətirir. Odur ki, məsələni böyütmək lazım deyil. Çünki şişirdildikcə cazibəsi artır. Mübarizə “resepti” çox sadədir: məmurlar düzgün işləməlidirlər. Belə olsa, reketçilərə yer olmaz. Eyni zamanda jurnalistlər arasında həmrəylik olmalı, peşəkarla reketçi eyni masa arxasında oturmamalıdır. Bu cür hallar əvvəllər daha çox idi. İndi tədricən azalır. Görünür, mübarizə gedir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu