Mətbuat hədəfə götürülüb! -"Jurnalistlər "qamçılanır""

“Əvvəllər Milli Mətbuat Günü ərəfəsində jurnalistləri tərifləyərdilər. Mən həmişə bayağı tərifin əleyhinə olmuşam”.

“Sherg.az” xəbər verir ki, bu barədə Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib. 

Baş redaktor bildirib ki, hər kəsə layiq olduğu qiymət verilməlidir: 

“İndi fərqli situasiya yaranıb. İki dılğır reketə görə mətbuat hədəfə götürülüb. Hərə əlinə bir qamçı alıb jurnalistlərin kölgəsini qılınclamaqla məşğuldur. Təəssüf ki, özümüzə dost saydığımız bəzi ictimai sektor təmsilçiləri, tanınmış adamlar da bu kampaniyaya qoşulub. Mən tənqidin əleyhinə deyiləm. Hər kəs öz fikrini sərbəst şəkildə ifadə etməlidir. Amma emosiyaya qapılıb jurnalistləri təhqir etmək, aşağılamaq ədalətsizlikdir. Bu balaca ölkədə kimin hansı əxlaqın, hansı dəyərlərin daşıyıcısı olduğunu hər kəs yaxşı bilir. Vicdanlı olun: - Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün özünü fəda edən, gənc yaşda şəhid olan iki jurnalistin qanı hələ qurumayıb... Qeyri-təvazökarlıq kimi çıxmasın, bunu yazmadan söhbətə nöqtə qoya bilməyəcəm. Bu ölkədə əqidəsinə sadiq qalan, prinsiplərini pula, var-dövlətə satmayan, sözü özünün namusu bilən çoxlu sayda qələm adamı var. Hamını öz arşınınızla ölçməyin”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu