Azərbaycan Tacikistana 40 min doza “Vaxzevria” peyvəndi göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Tacikistan Respublikasına humanitar yardım göndərilib.

APA-nın xəbərinə görə, iyulun 20-də 40 min doza “Vaxzevria” (“AstraZeneca”) peyvəndini daşıyan təyyarə Tacikistanın Düşənbə Beynəlxalq Hava Limanına enib.

Hava limanında yük Azərbaycanın Tacikistandakı səfirliyinin müvəqqəti işlər vəkili Vüqar İbrahimov tərəfindən qəbul edilərək, Tacikistanın Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Fayzali Saidzoda və Tacikistan Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sanitariya-Epidemioloji Təhlükəsizlik İdarəsinin rəisi Navruz Cəfərova təhvil verilib.

Humanitar yardım qarşı tərəfə təqdim edildikdən sonra Tacikistan Səhiyyə Nazirliyinin rəsmisi COVID-19 infeksiyası ilə mübarizədə Azərbaycan rəhbərliyi tərəfindən bu ölkəyə göstərilən davamlı yardımlara görə minnətdarlığını bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu