Ənvər Paşanın nəticəsi Gəncədə: Qafqaz İslam Ordusunun qərargahı ziyarət olunub

Azərbaycan Türk Ocağının Qurban bayramı münasibət ilə tədbirləri davam edir. Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı, Qafqaz İslam Ordusunun sərkərdəsi Ənvər Paşanın nəticəsi Ənvər Burak, Turan Araşdırma Dərnəyinin başqanı Həsən Bəsri Pehlivan Gəncə şəhərində səfərdədirlər.

Sherg.az xəbər verir ki, Azərbaycan Türk Ocağının sədri və qonaqlar Türk dünyasının böyük Şeyxi Nizaminin yurdunda bir sıra müqəddəs yerləri ziyarət ediblər. Nümayəndə heyyəti əvvəlcə Qafqaz İslam Ordusunun qərargahında olublar. Səfər davam edir.

Qeyd edək ki, Ənvər Paşanın adını daşıyan Ənvər Burak, Qurban bayramı ərəfəsində ilk dəfə Azərbaycana gəlir. Azərbaycan Türk Ocağının dəvətlisi olaraq ölkəmizə səfər edən Ənvər Burak və Həsən Bəsri Pehlivan Qarabağ Zəfərinə etdiyi niyyətlərlə qurbanlar kəsəcəklər. Həmçinin qonaqlar Qarabağ qaziləri, şəhid ailələri ilə də görüşüb bir araya gələcəklər.




Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu