Yaşar Nurinin qızı: "O vaxt geyindiklərimi bəziləri indi geyinirlər"

Mərhum xalq artisti Yaşar Nurinin qızı Ülkər "Söz Baz" proqramında bir sıra açıqlamalar verib.
"Sherg.az"ın məlumatına görə, o, verilişdə bunları söyləyib:
"Mənim düşüncələrim var. Onları həyata keçirəcəm. Pulda-parada gözüm yoxdur. Çünki o vaxt geyindiklərimi bəzi xanımlar indi geyinirlər. Maddi sıxıntılar yaşadığım vaxtlar çox olub. Həmin zamanlarda hamını tanıdım. Anladım ki, hər şey atamla birgə getdi. Çox əziyyət çəkmişəm. Yenə də yolumu azmamışam. Bəzən evdə çörək almağa pulumuz olmayıb. Atamın yaxşı sözü var idi, deyirdi, insan özünü aldada bilər, amma xalqı aldatmaq olmaz. O zamanlarda telefonumu, bahalı bir əşyamı satmışam. İndi şükür işləyirəm".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu