Nüşabədən SƏRT SÖZLƏR:"Torpaqları siz almadınız,ay müğənnilər"

Müğənni Nüşabə Musayeva Vətən müharibəsi iştirakçılarının, qazilərimizin xoş günlərində təmənnasız çıxış edir. 
"Sherg.az" xəbər verir ki, o, qazı toylarının birində həmkarlarına sərt sözlər söyləyib. İfaçının həmin videosu sosial şəbəkələrdə yayılıb. O, bunları deyib:
"Biz bir, yumruq olmalıyıq. Bu gün qazilərimizin, mərd oğullarımızın yanında olmaq borcumuzdur. Hardadır müharibə vaxtı rayonlarda şəkil çəkdirib filan torpağı aldıq deyən müğənnilər? Torpaqları siz almadınız,ay müğənnilər. Torpaqları bu oğlanlar işğaldan azad etdilər. Canınız çıxsın indi yanlarında olun".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu