Rusiyanın planı: "Sərhədlərin delmitasiya və demarkasiyası yubadılsın"

“Təxribatların intensiv hal alması və rus “sülhməramlı”larının bu hallara göz yumması göstərir ki, regionda vəziyyətin pisləşməsində Ermənistan qədər Rusiya tərəfi də maraqlıdır”. 

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib.

Analitik bildirib ki, diplomatların Şuşaya səfərində ABŞ və Fransa səfirləri kimi Rusiya səfirinin də iştirak etməməsi “neytrallıq” deyil, öz niyyətlərini açıq ifadə etmək imiş: 

“Ermənistan terrorçularının hələ də rus “sülhməramlıları”nın nəzarətində olan ərazilərdə qalması 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin bəndlərinə ziddir. Həm də regionda qeyri-sabitliyin davam etməsində maraqlı olan qüvvələrin istəklərinin təmin edilməsidir. Təəssüflə demək lazımdır ki, rus “sülhməramlıları” baş verən hadisələrə bilərəkdən göz yumur. Buna baxmayaraq, özünü zorla vasitəçi kimi təqdim etməyə çalışan Rusiya regionda vəziyyətin nəzarət altında olduğunu və sabitliyin hökm sürdüyünü israrla bildirir. Təbii ki, vəziyyətin qeyri-sabit qalmasında maraq ondan ibarətdir ki, Zəngəzur koridoru, Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi, minaların xəritələrinin verilməsi, sərhədlərin delmitasiya və demarkasiyası yubadılsın. Ora fokslanmış fikirlər başqa istiqamətə yönləndirilsin”. 

S.Hümbətov bəyan edib ki, regionda güc balansını təmin etmək və rus “sülhməramlıları”nın fəaliyyətində düzəlişlər etmək məqsədilə Türkiyə sülhməramlıları bölgəyə gətirilməlidir: 

“İşğaldan azad edilmiş ərazilərində Türkiyə hərbi bazalarının yerləşdirilməsi Azərbaycan tərəfindən təmin edilməlidir. Şuşanın işğal altında qalan 30-dan çox kəndinin azad edilməsi məqsədi ilə anti-terror əməliyyatı Azərbaycan silahlı qüvvələri tərəfindən keçrilməlidir. Erməni terrorçuları tərəfində atəş altında saxlanılan Qırmızı Bazar ərazisi və Xocalının işğal altında saxlanılan kəndlərinin geri qaytarılması üçün addımlar atılmalıdır. Azərbaycan tərəfi beynəlxalq ictimayətə Ermənistan tərəfindən təxribatların davam etməsi və buna görə də Ermənistana təziqlərin davam etdirilməsi məsələsinin gündəmə gətrilməsini tələb etməlidir. Görünən odur ki, humanizm prinsipləri, insani dəyərlər ermənilər üçün yad anlayışdır. Hər kəslə öz dilində danışmaq daha məntiqəuyğundur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu