Media nümayəndələri ulu öndərin məzarını ziyarət ediblər - FOTOLAR

İyulun 22-də milli mətbuatımızın 146 illiyi və Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyinin, Azərbaycan Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu