Tokio-2020: Taekvonduçularımızın ilk rəqibləri müəyyənləşdi

Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan taekvonduçularının ilk rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsindəki Milad Beigi Hərçəqani ilk olaraq Çin-Taybeyini təmsil edən Vey-Tinq Liu ilə üz-üzə gələcək.
Qadın taekvondoçu Fəridə Əzizova isə Peyc Makfersonla (ABŞ) görüşəcək.
Taekvonda yarışlarına iyulun 24-də start veriləcək. Hər iki idmançı mübarizəyə iyulun 26-da başlayacaq.
Qeyd edək ki, Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu