Şəmkir və Qobustanda “patı” əməliyyatı... 

Qobustanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Türkanə Budaqova saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə - metamfetamin aşkarlanıb. Maddi sübutlar qablaşdırılaraq götürülüb və ekspertizaya təqdim olunub.
Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Daha bir məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilib.
Bildirilib ki, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlayan rayon sakini Süleyman Kazımov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə aşkarlanaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat axtarış tədbirləri nəticəsində də qanunsuz olaraq narkotik maddə əldə edib saxlayan Anar Rəsulzadə saxlanılıb.
Üzərindən “patı” aşkarlanan Anar Rəsulzadənin ətrafında aparılan istintaq - əməliyyat tədbirləri nəticəsində isə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə aşkarlanaraq götürülüb.
Aşkar edilən faktlara üzrə cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu