Nazəninin prodüseri:"Nə Mətanət ad çəkdi, nə də Afət... 

Son zamanlar şou-biznesdə baş verən bir neçə olayda müğənni Nazənin Salayevanın adı hallanıb.
Öncə  Afət Fərmanqızı bir həmkarının onları pul verərək xaricdə yaşayan blogerlərə söydürdüyünü söyləyib. O, həmin şəxsin adının "N" hərfi ilə başladığını deyib. Bu zaman izləyicilər rəylərdə N.Salayevanın ismini yazıblar. A.Fərmanqızı isə şəxsin kimliyini açıqlamayıb.
Yaxın günlərdə isə Mətanət Əsədovanın qadın alverinə görə həbs  edildiyi iddia olunub. Lakin DİN də, müğənninin özü də xəbəri yalanlayıb. Həmin hadisədə də  N.Salayevanın adı çəkilib.

Mövzu haqda “Sherg.az”a danışan Nazəninin prodüseri Pərviz Fəqan hər iki xanım müğənni ilə münasibətlərinin yaxşı olduğunu xüsusi vurğulayıb:

“Onların ikisi də ad çəkmədi. Mətanət xanımla da, A. Fərmanqızı ilə də  danışırıq. Bizim ismimizi söyləməyiblər. Nazənin xanımın həyatında  hər şey yaxşıdır.  Pandemiya dövrü və şəhidlərimizlə əlaqəli ara vermişdik . Çox gözəl işlərimiz, layihələrimiz olacaq. Dünyanın sakitləşməsini gözləyirik, sonra təqdim edəcəyik. Təkrar edirəm, kiminləsə problemimiz yoxdur.  Sadalanan şəxslərlə də salam-sağ  olumuz, hörmətimiz var. O müğənnilərin biri də Nazənin xanımın adını çəkməyiblər. Nəsə deyə bilmərəm. Gözləyək görək, sonu nə olur. Dünyaya korona  ayaq açdığı kimi şou-biznesə də bir qanun gəlib, danışırlar, amma  ad hallandırmırlar. Yenə də deyirəm, onların bizimlə problemləri yoxdur”.