Alı Mustafayevə həsr olunan barelyefin açılış mərasimi baş tutub - 65 illik yubiley



Tanınmış mərhum telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Alı Mustafayev yaşasaydı, bu gün 65 yaşı tamam olacaqdı.

Sherg.az - xəbər verir ki, Milli Qəhrəmanımızın 65 illik yubileyi münasibətilə Binəqədi rayonu ərazisindəki yaşadığı evin önündən Alı Mustafayevin xatirə baraleyfi qurulub. Bu gün səhər saatlarında baraleyfin açılış mərasimi baş tutub. 

Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Binəqədi Rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə həyata keçirilən tədbirdə əməkdar jurnalistin qələm dostları, Binəqədi Rayon İcra Başçısı Xaləddin İsgəndərov, Qazax Rayon Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov, millət vəkilləri Azay Quliyev, Əflatun Amaşov, "Şərq” qəzetinin Baş Redaktoru Akif Aşırlı iştirak ediblər.

Tədbir iştirakçıları Milli Qəhrəman fəaliyyəti və döyüş yolu haqqında ətraflı məlumat verib, onun xatirəsini yad ediblər.

Açılış mərasiminin sonunda Binəqədi rayonun orta məktəb şagirdləri Alı Mustafayevin şeirlərini söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu