50 manat ver, sənə "Qızıl qələm" mükafatı verək ! - BİABIRÇILIQ

Yadigar Məmmədli: "Bu, bütövlükdə cəmiyyətə qarşı aşağılayıcı hərəkətdir. Hətta bəzi məmurların da otağına baxanda belə diplomlar görürük. Onları fəxrlə divarlardan asıb, nümayiş etdirirlər"


"Bəzi jurnalist mükafatlarının pulla satılması halları təəssüf ki, çoxalıb”.

Bunu Sherg.az-a jurnalist olan və ya olmayanlara "Qızıl qələm” mükafatının pulla satılmasından danışarkən Demokratik Jurnalistlər Liqasının sədri, media eksperti Yadigar Məmmədli deyib. O bildirib ki, bu işlərlə məşğul olan şəxslərin jurnalistikaya heç bir aidiyyatı yoxdur:

"Bütövlükdə cəmiyyətə qarşı aşağılayıcı hərəkətlərdir. Burada əsas məsələ odur ki, doğrudan da bu işlə məşğul olan qurumlar, saxta təşkilatlar sorğular keçirir, diplomlar yaradırlar. Bunları verməyin qarşılığında müəyyən mənfəət əldə edirlər və tədbirlər keçirirlər. Bunları tək jurnalistika ilə bağlamaq olmaz”.

Adları, diplomları pul verib alanların da günahkar olduğunu diqqətə çatdıran Y.Məmmədli deyib ki, hətta bəziləri məmurların da otağına baxanda belə diplomlar görürük:

"Hətta onları fəxrlə divarlardan asırlar, nümayiş etdirirlər. Anlamıram ki, o saxta diplomlar onlara nə verir. Ona görə də məsələyə tək birtərəfli baxmaq düzgün olmaz. Pul verib diplomları alanlarda da günah var. Burada jurnalistikanın üzərinə düşən odur ki, ictimailəşdirilsin. Bununla həm qanunsuz hərəkət olduğu insanlara çatdırılır. Bu işlə məşğul olub, pul qazananlar, həmin pulu verib ad alanlar da qınanır. Məsələ çoxaldığı halda hüquq-mühafizə orqanları da müəyyən addımlar atmalıdırlar ki, qarşısını alsınlar. Özünə hörmət edən jurnalist, normal insan saxta şəkildə pul verib, diplom, ad və s. almaz”.

Qeyd edək ki, Bu günlərdə ilahiyyatçı Elşad Miri Sherg.a z-a açıqlamasında bəzi jurnalist təşkilatlarının hazırladıqları və pulla satdığı mükafatlardan söz açıb. Onun fikirlərini olduğu kimi təqdim edirik: 

"Bu gün adam var, mənə zəng edir ki, sizə "Qızıl qələm” mükafatı vermək istəyirik, əvəzində 50 manat pul verməlisiniz və s. Yəni bunu mənə sata bilirlərsə, "Qızıl qələm”, jurnalist adları altında bunu insanlara sırıya bilirlərsə, din adı ilə edə bilirlər. Bu gün hər dini qrup öz adına təşkilat çıxarır, sonra bəzi adamları mükafatlandırır, çoxları isə bunu baş köşələrinə qoyurlar. Guya hər hansı əməklərinin qarşılığında onlara bu sənəd verilib. Belə hallar təəssüf ki, Azərbaycanda daha çoxdur. Həmin şəxslər də din adı ilə o şəkildə pul qazanırlar"

Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu