Qabil Abbasoğlu Ali Media mükafatına layiq görüldü




Bu gün Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə Mətbuat Şurasının 2010-cu ildə təsis etdiyi Ali Media Mükafatı 3 dərəcə üzrə 2017-ci ilin laureatlarına təqdim olunub. "APA Holding"ə daxil olan Lent.az portalının baş redaktoru Qabil Abbasoğlu jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə II dərəcəli Ali Media Mükafatına layiq görülüb.