Dünən "Azərbaycanda milli mətbuatın yaranmasının 143 illiyi" münasibətilə tədbir keçirilib





Ötən gün Türkiyənin Anadolu Dövlət Universitetinin rektorunun, Türkiyənin Azərbaycandakı səfirliyinin və Azərbacan-Türkiyə İş Adamları Birliyinin təşkilati dəstəyilə "Azərbaycanda milli mətbuatın yaranmasının 143 illiyi" münasibətilə tədbir keçirilib.

Universitetinin İKT xidmətləri göstərən Tərəfdaş Qurumunun binasında başlanan tədbirdə universitetin rektoru Naci Gündoğan, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, mətbuat nümayəndələri iştirak ediblər. Tərbirdə Anadolu Univeritetinin 60 illik fəaliyyətindən, tələbələrə veriən dərslərin kehfiyyətindən və azərbaycanlıların Universitetdə iştirakından danışılıb.

Azərbaycan-Türkiyə münasibətlərindən danışan Naci Gündoğan diqqətə çatdırıb ki, iki ölkənin əlaqəsinin sıxlığı tək sözdə deyil, həqiqətdədir. Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral mətbuat nümayəndələrini təbrik edib. Anadolu Universitetinin dünyadakı əhəmiyyəti barəsində mətbuat nümayəndələrinə məumat verib. Sonra iştirakçılar universitetin "Məsafəli təhsilin texniki bazası” ilə tanış olublar.

Qeyd edək ki, Anadolu Universiteti 9 ildir Azərbaycanda fəaliyyət göstərməklə yanaşı Azərbaycanının bir neçəuniversitetləri ilə əməkdaşlıq edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu