ABŞ-da gecə klubunda atışma olub




Amerikanın Ohayo ştatının Klivlend şəhərindəki gecə klublarından birində atışma baş verib.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS məlumat yayıb. Bildirilir ki, silahlı insident nəticəsində 1 qadın ölüb, daha 7 nəfər yaralanıb.

Polisin məlumatına görə, hadisə "X-Rated" klubunda qeydə alınıb. Burada dava sonradan atışma ilə nəticələnib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu