"O aparıcının verilişinə getmərəm" - Xalq artisti çəkilişlərə getməməyinin səbəbini açıqladı




Xalq artisti Naibə Allahverdiyeva seriallara çəkilməməyinin, verilişlərə qatılmamağının səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, aktrisa bildirib ki, verilişlərə gedərkən seçim edir:

"Bu istirahət günlərində məni görən hər kəs bir sual verir: niyə efirlərdə, seriallarda yoxsunuz? İnşallah, çəkilsəm, yalnız peşəkar rejissorların filmlərində çəkiləcəm. Verilişlərə isə seçim edirəm. Reytinq üçün bilərəkdən qalmaqal yaradan, tamaşaçıya hörmət etməyən, saymayan aparıcının verilişinə getmərəm".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu